AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən seminardan sonra hakimlərə təşəkkürnamə paylanılıb.

Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, gün ərzində seminarda iştirak edən hakimlərin nəzəri-praktik, eləcə də fiziki hazırlığı qiymətləndirilib.

Sonda iştirakçılara AFFA Hakimlər Departamentinin təşəkkürnamələri təqdim olunub.

Avqustun 19-dan 22-dək keçirilən seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namik Quliyev, Hakimlər Departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik ediblər.