AFFA Həmkarlar İttifaqı(AFFA Hİ) Şirvana səfər edib.

Rekord.az xəbər verir ki, səfərin məqsədi Şirvanda itifaqın yerli təşkilatını yaratmaq olub.

AFFA  Həmkarlar İttifaqının (AFFA Hİ) sədri Nazim Süleymanov, İcraiyyə Komitəsinin üzvləri, Səmadağa Şıxlarov və Novruz Əzimovun müşahidəçi qismində iştirak etdiyi iclasda Tahir Əliyev yerli futbol ictimaiyyətinin səsverməsi ilə Şirvan şəhəri üzrə təşkilatın rəhbəri seçilib. 

Xatırladaq ki, Tahir Əliyev keçmiş SSR dövründə məşhur turnirlərdən hesab olunan "Dəri topu" yarışının qalibi olub. 

Nazim Süleymanov saytımıza açıqlamasında deyib ki, bununla da bölgələr üzrə 4-cü yerli təşkilat yaratdıq. Veteran futbolçumuz fikirlərinə davam edərək vurğulayıb ki, yaxın günlərdə Sumqayıt şəhəri üzrə də yerli təşkilat yaranacaq.

Qeyd edək ki, bununla da ilin sonuna qədər İmişli, Masallı, Lənkəran və Şirvandan sonra Sumqayıt da daxil olmaqla 5 bölgədə yerli təşkilat yaranmış olacaq.