AFFA iş verdiyi veteranlarla müqaviləsiz işləyir
- 11 Noy 2019 17:00
- 1213
Məlum olduğu kimi, AFFA bu yaxınlarda futbolu yenicə qurtarmış bəzi veteranları işlə təmin edib. Onlar federasiyada seleksioner məşqçi kimi çalışıb aşağı yaş qruplarından ibarət millilərə futbolçu axtaracaq. Konkret olaraq söhbət Emin Quliyev, Mahir Şükürov, Zaur Ramazanov və Hüseyn Məhəmmədovdan gedir.
Lakin Rekord.az-a daxil olan məlumata görə, həmin veteranlar görəcəkləri işə görə maaş alsalar da onlarla AFFA arasında rəsmi müqavilə olmayacaq.
Yəni söhbət əmək müqaviləsindən gedir. Sözügedən şəxslər sadəcə, əməkdaşlıq çərçivəsində çalışıb ayda 1500 manat qazanc əldə edəcəklər.