AFFA lisenziyaları təqdim etdi
- 26 Dek 2019 19:40
- 809
AFFA-nın təşkilatçılığı ilə qadın futbolunda çalışan məşqçilər üçün C kateqoriyalı məşqçi kursunun ikinci moduluna yekun vurulub.
Rekord.az xəbər verir ki, 19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmalarının baş məşqçiləri - Vüqar Əsgərli və Zamir Həsənovun iştirakı ilə keçirilən kursda 10 məşqçi iştirak edib.
Bu gün AFFA-nın Futbol akademiyasında kursu müvəffəqiyyətlə başa vuran məşqçilərə müvafiq diplomlar və lisenziyalar təqdim olunub.
Diplom və lisenziyaları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, təlimatçı Aslan Kərimov, Qadın Liqaları şöbəsinin rəhbəri Emin Cəfərov və 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Əsgərli təqdim edib.