AFFA Apellyasiya Arbitraj Tribunalının qərarını açıqlayıb.

Rekord.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Badamlı” Futzal Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.

İntizam Komitəsinin fevralın 11-dəki qərarı ilə futzalçı Ali Mikaeilinin iki oyunluq cəzalandırılması qüvvədə saxlanılıb.

A.Mikaeilli “Forza Neftçi”yə qarşı Azərbaycan kubokunun 1/16 final mərhələsinin ilk oyununda ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Görüş "Badamlı"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyununda da rəqibini 7:3 hesabı ilə üstələyən Naxçıvan komandası növbəti mərhələyə vəsiqə qazanıb.