AFFA “Neftçi” ilə “Zirə”ni cərimələdi
- 25 Dek 2019 17:20
- 755
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Səbail” matçında “Zirə”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.