AFFA "Neftçi" "Səbail" və "Sumqayıt"ı 800 manat cərimələdi
- 08 Okt 2019 15:18
- 718
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 7-ci turunda baş verənlər müzakirə olunub.
“Sumqayıt” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Neftçi” – “Səbail” matçında “Neftçi” və “Səbail"in 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.
“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində qonaq komandanın futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.