"Neftçi"nin futbolçusu Bassalu Sambu ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.


Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu ilə bağlı 2 oyunluq cəza və 1500 manatlıq cərimə qərarını qüvvədə saxlayıb.


Sambu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı.