AFFA-nın 2019-cu ildəki gəlirləri və xərcləri açıqlandı
- 28 Yan 2020 11:20
- 783
Bu gün AFFA-nın növbəti hesabat-seçki konfransı keçirilir. Konfransda AFFA-nın 2019-cu ildəki gəlirləri və xərcləri də açıqlanıb.
Rekord.az xəbər verir ki, 2019-cu ildə AFFA-nın gəlirləri 29 milyon 948 min 618 manat təşkil edib. Bildirilib ki, xərclər 23 milyon 423 min 308 manat olub.
Daha sonra görülmüş işlərin, maliyyə və audit hesabatları təqdim olunub.