
AFFA-nın əməkdaşı UEFA proqramını fərqlənmə ilə bitirib
- 14:20
- 41
AFFA-nın beynəlxalq oyunların təşkili üzrə meneceri Rasif Babayev UEFA Akademiyasının və Lozanna Universitetinin birgə təşkil etdiyi “UEFA Certificate in Football Management” (CFM) təhsil proqramını uğurla və fərqlənmə ilə (Certificate of Merit) başa vurub.
Sports.az xəbər verir ki, bu proqram futbol idarəçiliyi sahəsində Avropa səviyyəsində nəzəri və praktiki biliklərin inkişaf etdirilməsinə yönəlib və UEFA-nın rəsmi sertifikatı ilə nəticələnir.
Təqdimetmə mərasimi Latviyanın paytaxtı Riqada baş tutub.