Gürcüstanın paytaxtı Tbilisidə UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminar keçirilib.


Rekord.az xəbər verir ki, seminarda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirak ediblər.


Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:

• Növbəti mövsümdən etibarən klublara UEFA tərəfindən ödənilən həmrəylik ödəmələrinin lisenziyalaşdırma qaydalarında əks olunması və bu qaydalara uyğun olaraq idarə olunması;

• Gürcüstanda lisenziyalaşdırma sisteminin və infrastruktur layihələrinin inkişafı;

• Müxtəlif ölkələrdə lisenziyalaşdırma prosesi çərçivəsində klubların uşaq akademiyalarında monitorinq və yoxlamaların təşkili;

• Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;

• Cari mövsümdən etibarən tətbiq edilən yeni hüquqi meyarın müzakirəsi və tətbiqi (klubların əmtəə nişanları, tarixi və idman nailiyyətləri);

• Bir neçə klubun eyni sahibkarlıqda olması ilə bağlı məsələlər;

• Lisenziar olan milli assosiasiyaların sertifikasiyası;

• UEFA-nın Lisenziyalaşdırma üzrə illik hesabatı;

• UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı və s.