AFFA-nın rəhbərliyi növbəti mövsüm Premyer Liqada komanda sayını artırmaq istəyir.

Rekord.az-a daxil olan məlumata görə, elitada oynayacaq komandaların sayının 12-ə çatdırılması planlaşdırılır.

Sonuncu yeri tutan komanda idman prinsiplərinə uyğun olaraq elitanı tərk edəcək. Həmin komandanı isə aşağıdan gələcək üç komanda əvəzləyəcək. Bəs bu komanda hansılar olacaq?

AFFA-nın hazırda gündəmində olan komandalar MOİK, "Şamaxı" və "Zaqatala"dır. MOİK-in, ümumiyyətlə, paytaxtdan çıxarılaraq Xankəndinə yerləşdirilməsi nəzərdə tutulub. "Şamaxı"nın isə ötən mövsümdən bazası var, üstəlik, yerli icra hakimiyyəti yenə də komandaya maddi dəstək verəcəyinə dair söz verib. Ramiz Məmmədov da məhz bu səbəbdən baş məşqçi postuna gətirilib. "Zaqatala"ya gəlincə, bu komandanın gəlişi futbol coğrafiyasının genişlənməsinə hesablanıb. Bundan başqa, sözügedən komandaya yeni sponsorun gəlişi də gündəmdədir. Futbolun İnkişaf Fondunun (FİF) bu yaxınlarda sözügedən rayonda futbol ictimaiyyəti və yerli iş adamları ilə görüş keçirməsi, Qurban Qurbanovun bu tədbirə dəvət olunması da bu planın bir hissəsi kimi qəbul edilməlidir.