Məlum olduğu kimi, AFFA "Region Liqa" klublarına davamlı olaraq, hər mövsüm yardım edir. 

Rekord.az xəbər verir ki, hər mövsüm öncəsi bütün komandalar geyim dəsti və toplarla təhciz olunur.

Bu mövsümdən etibarən isə, hər komandaya hər tur üçün 300 manat da yardım olunacaq. Ki, komandalar bu məbləğlə ev oyunlarını təşkil etsinlər, səfərə çıxanlar isə nəqliyyat xərclərini qarşılasınlar. Lakin bir məsələ var ki, heç də bütün komandalar bu məsələlərdə şəffaflığı qorumur. Belə ki, bəzi komanda rəhbərləri AFFA-nın verdiyi geyim dəstlərinin heç də hamısını futbolçulara vermir, həmin dəstləri mənimsəyərək satır və pulunu cibinə qoyur. Eləcə də hər həftə verilən 300 manat da tam olaraq təyinatı üzrə xərclənmir. Bütün bunlardan federasiya özü də şübhəyə düşüb və məsələni araşdırmaq niyyətindədir. Əldə etdiyimiz məlumata görə, hazırda şübhəli hesab olunan komandaların adları müəyyənləşdirilir.