AFFA-nın yeni Nizamnaməsi qəbul olundu
- 08 Yan 2020 12:20
- 773
Bu gün AFFA-nın növbədənkənar Konfransı baş tutub.
Rekord.az xəbər verir ki, "Bulvar otel"də keçirilən Konfransın gündəliyində 2 məsələ yer alıb.
Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxıb, eləcə də digər məsələləri müzakirə ediblər. Konfransda 35 nümayəndədən 33-ü iştirak edib.
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Nizamnamədə əlavə və dəyişikliklərin yer aldığı yeni versiya AFFA üzvlərinə 4 gün əvvəl göndərilib.
Daha sonra AFFA İcraiyyə Komitəsinin üzvü, təhsil nazirinin müavini Firudin Qurbanov təkliflərlə bağlı məsələlər qaldırıb və ona fikirlər bildirilib. Yeni Nizamnamə yekdilliklə qəbul olunub.
AFFA prezidenti Rövnəq Abdullayev 10 ildi Nizamnamədə dəyişikliklərin edilmədiyini bildirərək, yeni Nizamnamənin FİFA və UEFA tələblərinə uyğunlaşdırıldığını deyib. Bununla da Konfrans işini başa vurub.
Daha sonra AFFA İcraiyyə Komitəsinin iclası başlayıb. (matc.az)