AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:


Misli Premyer Liqasında son klubu “Şamaxı” FK olan 11.09.1995-ci il təvəllüdlü Nağıyev Adil Akif oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.


I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.01.2003-cü il təvəllüdlü Xudaverdiyev Xəyal Aqil oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.


I Liqada “Mingəçevir” klubunda çıxış edən 27.05.1999-cu il təvəllüdlü Kərimov Mövlan Elşən oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.


I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.


Misli Premyer Liqasında XX turun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödəniləcək.


Misli Premyer Liqasında XX turun “Qarabağ” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə “Qarabağ” klubu 2000 manat cərimə edilib.


Əvəzedicilər liqasında XX turun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan-2” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Araz-Naxçıvan-2” komandası 100 manat cərimə edilib.


XX turun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununun matçöncəsi iclasında stadion və təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilib.


Əvəzedicilər liqasında XX turun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının heyətində 4 futbolçu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilib.


Əvəzedicilər liqasında XX turun “Qarabağ-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının heyətində 5 futbolçu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.


AFFA Gənclər Liqasında keçirilən “Şamaxı” FK – “Səbail” PFK oyununda “Səbail” PFK komandasının heyətində 10 nömrəli futbolçu Aslan Hüseynov qarşılaşmanın 90+4-cü dəqiqəsində rəqib komandanı təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 3 oyun cəzalandırılıb.


U-16 Liqasında keçirilməli olan “Səbail” PFK  - “Mübariz” FA oyunu “Mübariz” FA komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Mübariz” FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-15 Liqasında keçirilən “Qəbələ” İK – “Sabah” FK oyununda “Sabah” FK komandasının heyətində 6 nömrəli futbolçu Kənan Əliyev qarşılaşmanın 69-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 3 oyun cəzalandırılıb.


U-14 Liqasında keçirilən “European Football Academy” – “Qarabağ” FK oyununda  “Qarabağ” FK komandasının heyətində 17 nömrəli futbolçu Məhəmməd Bağırov qarşılaşmanın 33-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına və meydanı tərk etdiyi zaman hakimlər briqadasını təhqir edilməsinə görə 3 oyun cəzalandırılıb.


U-13 Liqasında keçirilməli olan “Troya” FC – “Lamasya Baku” oyunu “Troya” FC komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Troya” FC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.