AFFA milli komandamızın hücumçusu Ramil Şeydayevə xəbərdarlıq edib. 

 

Rekord.az xəbər verir ki, bu, onun Macarıstanla səfər qarşılaşmasından sonra mətbuata verdiyi açıqlamalarla bağlıdır.

 

Belə ki, Nikola Yurçeviçin taktiki gedişlərini sərt tənqid edən və komandanın uğursuz çıxışında baş məşqçinin yol verdiyi səhvləri xüsusi vurğulayan forvard federasiya rəsmilərinin narazılığıyla qarşılaşıb.

 

Moskva "Dinamo"sunda forma geyən Şeydayevlə əlaqə saxlayan AFFA nümayəndələri ondan bu cür açıqlamalar verməməsini tələb edib. Ramilə bildirilib ki, söylədiyi fikirlər yığmanın imicinə mənfi zərbədir və Yurçeviç eşitdiklərindən məyus olub. Ramil deyilənlərlə razılaşmayıb və fikirlərini dilə gətirməkdə sərbəst olduğunu deyib. (sportinfo.az)