"Region Liqası"nda yeni mövsümə nə zaman start veriləcəyi məlum deyil.

Rekord.az xəbər verir ki, noyabr ayının ilk həftəsi sona çatmaq üzrə olsa da, sözügedən yarışın nə zaman start götürəcəyi bilinmir.

Əldə etdiyimiz məlumata görə, AFFA say məsələsində ixtisarlar aparmaq istəyir. Bir neçə komandanın çempionatda oynamaqla bağlı istəyinə "yox" cavabı verilib. Buna səbəb isə həmin komandaların maddi təminatının olmamasıdır.