
AFFA rəhbərliyi U-21-in düşərgəsini ziyarət edib
- 17:40
- 54
AFFA rəhbərliyi bu gün təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsini ziyarət edib.
Rekord.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahagir Fərəcullayev millinin yeni baş məşqçisi Ayxan Abbasova uğurlar arzulayıblar.
Ayxan Abbasov isə göstərilən etimada görə təşəkkürünü bildirib. O, U-21-də çalışmağın böyük məsuliyyət olduğunu söyləyib.
Qeyd edək ki, U-21 millimiz martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Hazırlıq çərçivəsində komandamız martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşündə üz-üzə gələcək.