Dünən Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “UEFA GROW” layihəsinin şərqi Avropa üzrə növbəti seminarı keçirilib.

Rekord.az xəbər verir ki, mövzusu “Qadın futbolu marketinqi” olan seminarda Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojinin açılış nitqindən sonra UEFA-nın biznesin inkişafı meneceri Oleksandr Kuçeryavıy, biznesin inkişafı koordinatoru Polli Bankroft və ‘UEFA GROW” eksperti Sissel Hartley tərəfindən təqdimatlar edilib, həyata keçirilmiş müxtəlif layihələr müzakirə olunub.

Bu gün isə iştirakçı Milli Assosiasiyaların nümayəndələri ölkələrində həyata keçirdikləri layihələri təqdim ediblər. Bu gün başa çatan seminarda AFFA Marketinq və Sponsorluq Departamentinin müdiri Tural Piriyev və departamentin əməkdaşı Nərmin Əliyeva ilə təmsil olunub.

“UEFA GROW” UEFA-nın tərəfindən üzv milli asosiasiyalara müxtəlif sahələrin inkişafı ilə bağlı dəstək proqramıdı. AFFA 2015-ci ildən başlanan layihənin aktiv iştirakçılarındandı.