AFFA rəsmisi AÇ-nin seçmə mərhələsinin oyununa təyinat aldı
- 08 İyl 2024 16:00
- 181
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupunda keçiriləcək Qazaxıstan – Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.
İyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.