Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib.


Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutan iclasda aşağıdakı məsələlər müzakirə olunub:


- Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;


- Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;


- UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;


- UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;


- Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.