![photo](https://rekord.az/uploads/5/eminceferov-600x300.jpg)
AFFA rəsmisinə beynəlxalq təyinat
- 2024-07-04 13:40
- 74
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov beynəlxalq təyinat alıb.
Rekord.az xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Xorvatiya – Uels oyununun UEFA nümayəndəsi olacaq.
B Liqasının IV qrupu çərçivəsində Karlovats şəhərində yerləşən “Branko Çavloviç-Çavlek” stadionunda keçiriləcək qarşılaşma iyulun 12-də baş tutacaq.
Xorvatiya – Uels matçını ispaniyalı baş hakim Marta Huerta De Aza idarə edəcək.