AFFA "Şamaxı"nı da I Diviziona buraxmaq istəmir: stadion tikək sonra
- 05 Mar 2020 17:00
- 929
Hazırda "Region Liqası"nın iddialı komandalarından olan "Şamaxı"nın I Divizionda oynamaq istəyi haqda məlumat vermişdik. Hətta bunun üçün AFFA-ya şifahi olaraq istəklərini də çatdırmışdılar.
Rekord.az-a daxil olan məlumata isə federasiya şamaxılıların bu istəyinə isti yanaşmır.
AFFA "Şamaxı"ya daha bir il "Region Liqası"nda oynamağı tövsiyyə edir. Eyni zamanda deyilir ki komandanın Şamaxıda yeni stadion tikiləndən sonra I Divizionda oynaması daha məqsədəuyğundur.
Maraq üçün deyək ki Şamaxı stadionunu da məhz AFFA tikəcək.