AFFA "Turan Tovuz"un rəhbərliyini dəyişməyə hazırlaşır
- 17 Dek 2019 13:00
- 1004
"Turan Tovuz"un xeyli futbolçusunun danışılmış oyunlara görə futboldan qovulması klub rəhbərliyinin də postunu laxladıb.
Rekord.az-a daxil olan məlumata görə, AFFA bu kluba daha etibarlı və daha möhkəm adamları təyin etmək istəyir.
Oqtay Abdullayev ümidləri doğrultmadı. İlin böyük hissəsini Bakıda keçirən və rəhbəri olduğu komandanın ev oyunlarına belə getməyən Abdullayev təbii olaraq futbolçular üzərində nəzarət də qura bilməz. Elə daxili anarxiyanın bir səbəbi də budur. Böyük ehtimalla yanvarda bu məsələyə də baxılacaq.