AFFA xahiş elədi, icra hakimiyyəti işə qarışdı, qaz problemi bir günlük həll olundu
- 03 Okt 2024 15:00
- 225
Bu gün Konfrans Liqası çərçivəsində "Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionunda üz-üzə gələcək "Dinamo" Minsklə Şotlandiyanın "Harts" klubu isti su problemi yaşamayacaq.
Rekord.az-a daxil olan məlumata görə, beynəlxalq oyun öncəsi AFFA da işə qarışıb və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə danışaraq, onlardan heç olmasa, 1 günlük qaz verilişi üçün kömək etmələrini xahiş edib.
İ(cra hakimiyyəti də oyunun mahiyyətini nəzərə alaraq "Azəriqaz"la əlaqə saxlayıb. Yekunda stadiona qazın verilişi 1 günlük bərpa olunub. Bu isə o deməkdir ki, "Dinamo" ilə "Harts"ın futbolçuları oyundan sonra isti su problemi yaşamayacaq.