AFFA "Xəzər Lənkəran"a təzyiqi davam etdirir: Lənkəran stadionu necə "ofsayd"a salınıb?
- 17 Okt 2019 14:00
- 2593
"Xəzər Lənkəran" hazırda böyük komanda saxlamasa da, hələ də AFFA-nın təzyiqi altındadır.
Rekord.az xəbər verir ki, federasiya bu klubun tamamilə məhvinə çalışır.
Aıdığımız son məlumata görə, federasiya cari mövsümdə də uşaqlar liqalarının Cənub zonası üzrə keçirilən oyunlarını Lənkəran Mərkəzi Stadionuna salmayıb. AFFA nümayəndələri Lənkəran Olimpiya Kompleksi ilə danışıb bütün zona oyunlarını həmin stadiona təyin ediblər. "Xəzər Lənkəran" daxil olmaqla bütün uşaq komandalarına da bildirilib ki oyunlarını ancaq kompleksin stadionunda keçirməlidirlər. Federasiya bu addımı ilə "Xəzər Lənkəran" stadionunun əlavə qazanc götürməsinəsinə və ən azı öz xərclərini qarşılamasına imkan vermir.