AFFA-ya 500 min dollarlıq maliyyə yardımı
- 24 Apr 2020 20:30
- 701
FIFA koronavirus pandemiyasından əziyyət çəkən milli assosiasiyalara təcili maliyyə yardımı edəcək.
Rekord.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 150 milyon ABŞ dolları məbləğində vəsait dünyanın 211 milli federasiyası arasında bölüşdürüləcək. FIFA hər federasiyaya 500 min ABŞ dolları, eyni zamanda 2019-2020-ci illər üçün nəzərdə tutulan vəsaitin qalan hissəsini köçürəcək. Vəsaitin yaxın günlərdə assosiasiyaların hesabına köçürüləcəyi vurğulanıb. Təcili maliyyə yardımı milli assosiasiyalara işçilər və 3-cü şəxslər qarşısında öhdəlikləri yerinə yetirmək üçün verilib.
Qeyd edək ki, FIFA üzv assosiasiyalara yalnız müəyyən olunmuş meyarlara cavab verdikdə tam ödəniş edir. Hazırkı durumda isə futbolu qorumaq üçün bu addımın atıldığı bildirilib.