AFFA "Zaqatala"nın da pulunu tam ödəyəcək
- 25 Apr 2020 14:00
- 809
AFFA koronavirusu əsas gətirərək "Kəpəz" və "Turan Tovuz"la bərabər "Zaqatala"nın da pulunu kəsmişdi.
Rekord.az xəbər verir ki, aprelin əvvəlində maaşların 50 faizini verən federasiya bununla da kifayətlənmişdi.
Lakin bununla bağlı narazılıqlardan sonra "Kəpəz" və "Turan Tovuz"un maaşının qalanını da ödəyəcəyinə söz verən AFFA "Zaqatala"ya da eyni sözü verib. Mayın 1-ə kimi qalan borclar da bağlanmalıdır.