Afinada Avropa üçüncüsü olan yığmamız Bakıya döndü
- 29 Mar 2022 17:00
- 546
Yunanıstanın Afina şəhərində keçirilən “Avropa Kuboku 2022” turnirinə qatılan Azərbaycanın gənclərdən ibarət cüdo üzrə milli komandası və beynəlxalq dərəcəli hakimlər - Arzu Acalova və Məhəmmədəli Quluzadə artıq Bakıdadır.
Rekord.az xəbər verir ki, Azərbaycanı uğurla təmsil edən idmançılar və hakimlər bu gün vətənə dönüblər. Onlar federasiya rəsmiləri tərəfindən təntənə ilə qarşılanıb.
Xatırladaq ki, yığmamız vətənə 2 qızıl və 2 gümüş medalla geri dönüblər. Komandamızın heyətində Məhərrəm İmamverdiyev (-81 kq) və Kənan Nəsibov (+100 kq) qızıl, Ruslan Nəsirli (-100 kq) və Hüseyn Məmmədov (+100 kq) gümüş medal qazanıb. Oğlanlardan ibarət komandamız bu nəticə ilə turniri ikinci yerdə yekunlaşdırıb. Azərbaycan bu baxımdan yalnız İsraildən (3 qızıl, 1 bürünc) geri qalıb. Bütövlükdə isə Azərbaycan milli komandası yalnız İsrail (4 qızıl, 1 gümüş, 4 bürünc) və Türkiyədən (2 qızıl, 3 gümüş, 3 bürünc) geri qalmaqla turniri üçüncü pillədə bitirib.