Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Afrika zonası üzrə 2022-ci ilin ən yaxşı oyunçusunun adını açıqlayıb.

Rekord.az xəbər verir ki, İFFHS-ın versiyasına əsasən, bu ada Seneqal millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Sadio Mane layiq görülüb.

Manenin Seneqal yığmasındakı komanda yoldaşı, İngiltərənin “Tottenhem” klubunda forma geyinən Pape Matar Sarr isə Afrikanın 2022-ci il üçün ən yaxşı gənc futbolçusu seçilib. Ötən il yetirməsi olduğu “Mets”də icarədə də oynamış yarımmüdafiəçi, Seneqal yığmasında 12 oyun keçirib.