Ağasəlim Mircavadov AFFA nümayəndəsinə kəllə atdı! ŞOK VİDEO
- 25 Mar 2020 12:01
- 1760
Bu video sizə çox maraqlı gələcək. Gənc nəsil xatırlamasa da, vaxtilə Azərbaycan çempionatında az qala hər tur nəsə baş verir, qalmaqalllar yaşanır, sədası uzun zaman kəsilmirdi. Məsələn, 10 il əvvəl baş verən bir hadisə kimi...
27 mart 2010-cu il. Lənkəran şəhər stadionu. 14 min tamaşaçı. Azərbaycan Premyer-Liqasının 2009-10-cu illər mövsümünün final mərhələsi (o vaxtlar çempionat 6-lıq sistemi ilə keçirilirdi) çərçivəsində "Xəzər Lənkəran" öz evində prinsipial rəqibi "Neftçi"ni qəbul edir. Qalmaqal dolu matç qolsuz bərabərliklə bitir. Yerlilərdən hamı hakim Əfqan Həmzəyevdən narazı qalsa da, lənkəranlıların baş məşqçisi Ağasəlim Mircavadov xüsusilə canfəşanlıq edir. Və hətta oyunun AFFA nümayəndəsi Namiq Məstanova kəllə də atır. Bəli, Mircavadov. Bəli, kəllə atır. İnanmırsız? Videonu izləyin, özünüz görəcəksiniz.