
“Ağdaş” “Şəmkir”ə, “Göygöl” “Lerik”ə məğlub oldu
- 12 Mar 2025 19:00
- 58
2-ci Liqada 16-cı tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.
“Qusar” – “Kür-Araz” matçında qalib müəyyənləşməyib. “Ağdaş” “Şəmkir”lə, “Göygöl” də “Lerik”lə ev oyunundan məğlubiyyətlə ayrılıb. “Hypers Quba” - “Şəki Siti” matçında isə meydan sahibləri qələbə qazanıblar.
2-ci Liqa
16-cı tur
12 mart
“Qusar” – “Kür-Araz” 3:3
Qollar: Eşqin Tağıyev, 3. Orxan Qurbanlı, 21. Mirmehdi Rzayev, 32 – Elxan Məmmədov, 37; 75-pen. Ramazan Abbasov, 60.
“Ağdaş” – “Şəmkir” 0:1
Qol: Akif Tağıyev, 47.
“Göygöl” – “Lerik” 1:4
Qollar: Zahid Sadıxov, 73 - Ramiz Bağırov, 8. Rəvan Quluzadə, 43. Zaur Nuruzadə, 56; 82.
“Hypers Quba” – “Şəki Siti” 2:1
Qollar: Ağabəkir Həşimli, 20; 47 - Tural Məmmədzadə, 53.
Turun digər oyunları:
“Dinamo” – “Füzuli” 5:2
“Şəfa” – “Şimal” 3:0
“Şahdağ Qusar” – “Araz Saatlı” 1:0