AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşdü
- 22 İyl 2024 20:59
- 235
Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüşüb.
Rekord.az xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.
Federasiya rəsmisi gimnastların Paris-2024 Olimpiadasına hazırlığı ilə maraqlanıb, onlara uğurlar arzulayıb.
İyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 idman növü üzrə 17 proqramda Azərbaycanı təmsil edəcək.