AGF rəsmisi beynəlxalq seminara dəvət alıb
- 20 May 2024 21:10
- 195
Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman direktoru Natalya Bulanova Kiprin Larnaka şəhərində keçiriləcək hakimlər üçün seminara dəvət alıb.
AGF-nin mətbuat xidmətindən Rekord.az-a verilən məlumata görə, o, tədbirdə Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Noha Abou Shabana ilə birlikdə ekspert qismində çıxış edəcək.
Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsi tərəfindən təşkil olunacaq seminar 11-14 oktyabrda gerçəkləşəcək.
Bulanova Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvüdür.