AGİ-nin prezidenti və bədii gimnastika üzrə millinin çalışdırıcısı ADBTİA-nın qonağı oldu
- 15 Yan 2021 13:33
- 844
Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov və bədii gimnastika üzrə milli komandanın baş məşqçisi Mariana Vasileva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olublar. Onlar tanışlıq məqsədilə Akademiyanın nəzdində fəaliyyət göstərən Multimedia mərkəzinə gələrək burada yaradılan şəraiti əyani görüblər. Akademiyanın Tədris və Elmi İşlər üzrə prorektoru Təhminə Tağı-zadə və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov qonaqlara məlumat verərək bildirib ki, mərkəzdə ən son avadanlıqlarla təchiz edilən radio sistemi, o cümlədən TV layihələrin hazırlanması üçün studiyalar yaradılıb. Həmin studiyalar də bütün zəruri texniki avadanlıqlarla təmin edilib. Qonlaqlar ASAPES TV-yə müsahibəsində Multimedianın işini yüksək qiymətləndirirək, buranı ölkə üzrə nümunəvi mərkəz adlandırıblar.
Fərid Qayıbov:“Bu günləri buranı görəndə, təbii ki, təhsil ocağı üçün, hansıa bir təşkilat üçün belə bir studiyanın olması bizim ölkəmiz üçün yenilik olsa da, eyni zamanda da balaca bir qələbədir, idman dilində danışsaq....Siz də göstərdiniz, müasir radiolarda olan avadanlıq, studiyanın özünü, avadanlıqları gördük, tanış olduq və siz kimi mütəxəsislərlə tanış olduq. Hər şey ən yüksək səviyyədə təşkil olunub. Mən sizə işlərinizdə uğurlar arzu edirəm və inanıram ki, uğur də gələcək inşallah. Sizin, təhsil ocağının bir strategiyası var və bu strategiyanın ərsəyə gəlməsində sizin rəhbərlik böyük bir işlər görür, çalışır”.
MARİANA VASİLEVA:
"Dünya irəliləyir və siz də eyni zamanda irəliləyirsiniz. Bu çox yaxşıdır. Bu gün Multimedia Mərkəzində gördüklərim ən yüksək səviyyədədir, bu bir yenilikdir. Bu yenilik münasibətilə sizi təbrik edirəm, çoxsaylı müsahibələr və tədbirlər arzulayıram".
Görüş çərçivəsində gələcək planlar ətrafında fikir mübadiləsi də aparıldı.