Hazırda Quba Olimpiya Kompleksinin stadionunda da əsaslı yenidənqurma işləri aparılır. İşlər AGİN-in xətti və dövlətin ayırdığı vəsait hesabına aparılır.


Rekord.az xəbər verir ki, AFFA-nın da bu stadionu ələ keçirmək planı var imiş.


Federasiya Şimal zonasında futbol akademiyası açmaq və mərkəz kimi də Qubadan istifadə etmək istəyirmiş. Bu məqsədlə Quba OLimpiya Kompleksinin stadionunu SOCAR-ın hesabına təmir etdirmək, daha sonra da bu şirkətin balansına keçirməklə sahiblənmək hədəfi var imiş. Lakin bundan duyuq düşən AGİN qabaqlayıcı addım ataraq sözügedən stadionun təmiri üçün dövlətdən vəsait ayırılmasına nail olub. (cempion.az)