Rekord.az saytının əməkdaşı Ağstafa rayonuna səfəri zamanı rayon stadionunda da olub. Stadionun tutumu 3 min nəfərə yaxındır. Hazırda "Region Liqası"nda mübarizə aparan "Ağstafa Gəncləri" komandası ev oyunlarını bu stadionda keçirir. Stadion 20 il bundan qabaq tikilib. Hazırda ciddi təmirə ehtiyacı var. Ot örtüyü təbii olsa da, çox bərbad durumdadır. Tribunalar plastik oturacaq olsa da, əksəriyyəti köhnəlib. Soyunub-geyinməı otaqları və sanitar qovşağı bərbad gündədir. "Ağstafa Gəncləri"nin rəhbərliyi, şəxsən Şahin Kərimov böyük çətinliklə stadionu qorumağa çalışır. Amma təəssüf ki, bu, onun imkanları xaricindədir. Rayon rəhbərliyi məsələyə müdaxilə etməli, stadion ciddi şəkildə təmir olunmalıdır. Ağstafa stadionunun hazırkı durumunu özündə əks etdirən fotoları sizə təqdim edirik: