S.Şükürova adına şəhər 3 saylı tam orta məktəbin idman zalında Novruz bayramına  həsr olunmuş sərbəst güləş üzrə  2012-2013- cü il təvəllüdlü idmançılar arasında ənənəvi rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin açılış mərasimində Ağstafa rayonu üzrə gənclər və idman  sektorunun aparıcı məsləhətçisi Hikmət İsmayılov  çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışaraq turnir iştirakçılarını Novruz bayramı münasibətilə  təbrik edib,  uğurlar arzulayıb.  Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə I, II və III yerləri tutmuş idmançılar Qazax - Tovuz Regional Gənclər və İdman idarəsinin müvafiq diplomları ilə təltif olunublar. Turnirdə ümumilikdə 42 nəfər idmançı iştirak edib.