Ağstafa rayon H.Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində "Heydər Əliyev İli"nə həsr olunmuş yeniyetmələr arasında həndbol üzrə Ağstafa rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Turan Hüseynov, Ağstafa rayon Təhsil Sektorunun metodisti Afiq Salıfov , Vurğun qəsəbə tam orta məktəbinin direktoru Vüsalə Salahova iştirakçılar qarşısında çıxış edərək yarışın məqsədi barədə məlumat verərək, bu yarışların mütəmadi keçirilməsi rayonumuzda həndbol idman növünün inkişafına və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynadığını qeyd ediblər. Gərgin mübarizə şəraitində keçən yarışda l yerə X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbin, ll yerə X.İsmayılov adına Eynallı kənd tam orta məktəbin, lll yerə isə A.Mustafayev adına kənd tam orta məktəbin komandaları layiq görülübdür.Qalib gəlmiş komandalar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunub.