Ağstafa rayonu üzrə Gənclər və İdman sektoru və Təhsil sektorunun birgə təşkilatçılığı ilə Alı Mustafayev adına Həsənsu kənd tam orta məktəbin idman zalında 2009-2010 cu il təvəllüdlü məktəbli qızlar arasında 16 komandadan ibarət voleybol üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, rayon birinciliyində Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Hikmət İsmayılov və Təhsil sektorunun metodisti Afiq Salıfov idmançıları salamlayaraq, yarışda iştirak edən komandalara uğurlar arzulayıb, belə yarışların mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd ediblər.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 1-ci yeri Ə.Hüseynov adına şəhər 1 saylı tam orta məktəbin, 2-ci yeri A.Abdullayev adına şəhər 2 saylı tam orta məktəbin, 3-cü yeri isə H.Əzizov adına Vurğun qəsəbə tam orta məktəbin komandaları tutublar. Qalib komandalara Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları təqdim olunub.Yarışda ümumilikdə 107 nəfər idmançı iştirak etmişdir.