
Ağstafada nərd üzrə rayon turniri keçirilib
- 12:45
- 35
Ağstafa rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Ağstafa Yazıçılar Evində həvəskarlar arasında nərd üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd nərd oyununun rayonda təbliği və vətəndaşların asudə vaxtının səmərəli təşkilidir.
Turnirdə l yerə Eldar Hüseynov, ll yerə Tuqay Rəhimov, lll yerə isə Vüqar Rəhimov layiq görülüb.
Turnirin qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar. Turnirdə 23 nəfər iştirak edib.