Ağstafada velo-yürüş keçirilib
- 07 Mar 2024 10:30
- 239
Gədəbəy rayonunda Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin, Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektorunun və Gədəbəy rayon Respublika Kompleks Uçaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə "5 Mart-Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş "Zəfərə gedən yol" adlı velo-yürüş keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbinin velosiped bölməsinin idmançıları və həvəskar gənclər iştirak edibdir.
Velo-yürüş şəhər stadionundan start götürüb və Gədəbəy rayon Heydər Əliyev Mərkəzində yekunlaşıb. Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Gədəbəy rayonu üzrə gənclər və idman sektorunun müdiri Röyal İsmayılov çıxış edərək bildirib ki, yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək, velosiped idmanının sağlamlıq üçün əhəmiyyətindən, rayonda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışıb.Velo-yürüşün iştirakçıları sonda diplomlarla təltif olunub.