Uzun illərdir böyük futbola həsrət qalan Ağstafa rayonunda yeni futbol klubu yaradılır.

Rekord.az xəbər verir ki, "Avey”dən sonra rayonda ikinci futbol klubu təsis edilib.

"Ağstafa gəncləri” adlanacaq klubun prezidenti Şahin Kərimovdu. Klub 2007-də təsis olunsa da maddi sıxıntı ucbatından tam gücü ilə fəaliyyət göstərə bilmirdi. Yerli futbol veteranları bu ildən komandaya yeni nəfəs verməyi düşünür. Artıq rayon icra hakimiyyətinin başçısı Seymur Orucovla görüş də olub və başçı da komandaya bacardığı köməyi edəcəyinə söz verib.  Bundan başqa, bəzi ağstafalı iş adamları da komandaya dəstək olacaqlarını bildiriblər. Komandanın əsas məqsədi yerli istedadlı gəncləri ölkə futboluna qazandırmaq olacaq. "Ağstafa gəncləri” növbəti mövsümdən etibarən AFFA-nın təşkil etdiyi U-19 liqasında oynamağı planlaşdırır.