Ağstafada yunan-Roma güləş üzrə UGİM-nin açıq birinciliyi keçirilib
- 17 Dek 2024 17:20
- 44
Ağstafa rayon Dağ Kəsəmən kənd 1 sayı tam orta məktəbin idman zalında 2010-2011- ci il təvəllüdlü kiçik yaşlı yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Qazax -Tovuz Regional Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Ağstafa UGİM- nin açıq birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yarışda Ağstafa UGİM -nin direktoru Elşad Cəfərov, Qazax UGİŞM-nin məşqçi müəllimi Fəqan Nağdəliyev çıxış edərək yarış iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıblar. Yarışda 110 nəfər idmançı birincilik uğrunda mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 1-ci, 2-ci və 3-cü yerləri tutmuş idmançılar Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin müvafiq diplomlarları ilə təltif olunublar.