Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Ağsu rayon UGİŞM-nin birgə təşkilatçılığı ilə "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş dama üzrə rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın əvvəlində oyunun qaydaları haqqında idmançılar məlumatlandırılmışdır.

Qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükatlandırılmışdır.

Turnirin keçirilməsində məqsəd "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü" qurbanlarının xatirəsinin yad edilməsi, dama idman növünün inkişafı olmuşdur.