Ağsu şəhər 4 saylı tam orta məktəbdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş qızlar arasında voleybol üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirin əvvəlində Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin keçirilməsində məqsəd voleybol idmanının təbliği, gənclər arasında bu idman növünə marağın artırılması və “Heydər Əliyev İli”nin əlamətdar şəkildə qeyd edilməsi olmuşdur.