
Ağsuda kikboksinq üzrə açıq turnir keçirilib
- 19 Mar 2025 14:00
- 52
Ağsu İdman Kompleksində "İstiqlal" İdman Klubunun kikboksinq İdman növü üzrə açıq turniri keçirildi.
Rekord.az xəbər verir ki, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun, Azərbaycan Kikboksinq Federasiyasının və "İstiqlal" İdman Klubunun birgə təşkilatçılığı ilə baş tutan turnirin açılış mərasimində Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Yarış təşkilatçılarının nümayəndələri açılış mərasimində kikboksinq idman növünün tarixindən, yarışın qaydalarından bəhs etdi və idmançılara uğurlar arzuladı. Sonda 21 klubdan olmaqla, 203 idmançının iştirakı ilə baş tutan turnirin qalibləri təşkilatçılar tərəfindən diplom və medallarla təltif edildi.