Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində "Vətən Müharibəsi"nə həsr olunmuş şahmat idman növü üzrə "Zəfər" turniri keçirildi.

Rekord.az xəbər verir ki, yarış Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə baş tutmuşdur.

Tədbirin açılışında ərazimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra şahmatçılara yarışın qaydaları izah olundu.

Qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olundu.

Yarışın keçirilməsində məqsəd rayonda idmanın kütləviliyinə nail olmaq, əlamətdar günlərin qeyd olunması olmuşdur.