Ağsunun idman idarəsinin rəisi qanunsuzluqla məşğuldur?
- 06 Mar 2020 18:00
- 886
"Region Liqası"nda çıxış edən "Ağsu City" komandası ciddi problemlə üzləşib.
Rekord.az xəbər verir ki sözügedən komanda Ağsu şəhər stadionuna buraxılmır.
Səbəb kimi stadionun təmirə bağlandığı deyilsə də sonradan məlum olub ki həftəonu burada AFFA-nın bayrağı altında aşağı yaş qruplarından ibarət komandaların oyunları keçirilir. Bu isə ortada ayrı-seçkilik olduğunu ortaya çıxardıb. Məlum olub ki rayonun gənclər idman idarəsinin rəisi Azər Kərimli bilərəkən "Ağsu City"ni Ağsu stadionuna buraxır. Stadionun direktoruna da belə tapşırıq verib.