“Ağsu”nun taleyinə bu həftə aydınlıq gələcək
- 22 Yan 2020 13:00
- 814
Xəbər verdiyimiz kimi, 14 üzvü şübhəli oyunlara görə futboldan kənarlaşdırılan “Ağsu”da vəziyyət çox gərgindir.
Rekord.az xəbər verir ki, komanda hələ də ikinci dövrənin hazırlıqlarına başlamayıb.
Komandada demək olar ki, futbolçu da qalmayıb. Rəhbərlik hələlik komandanın gələcək taleyi ilə bağlı qəti söz demirlər. Əldə etdiyimiz son məlumata görə, bu həftənin sonuna kimi, komandanın yaşayıb-yaşamayacağı ilə bağlı son qərar veriləcək.